Əsas səhifə » Danimarka Kaliforniyanı satın almaq üçün 200.000-dən çox imza toplayıb

Danimarka Kaliforniyanı satın almaq üçün 200.000-dən çox imza toplayıb

Bakı, AzerVoice

Danimarkanın Kaliforniyanı satın almasını tələb edən zarafat məqsədli petisiya 200 mindən çox imza toplayıb.

AzerVoice xəbər verir ki, kampaniya, Danimarkanın daha yaxşı iqlim, avokado tədarükü və texnoloji üstünlük əldə edəcəyini iddia edərək “Bu fürsət bir daha gəlməyəcək!” şüarı ilə diqqət çəkib.

Petisiyada Kaliforniyanın “Yeni Danimarka” adlandırılması, Los Angeles-in “Los Anceles” olması və Beverly Hills-də velosiped yollarının açılması təklif edilib. Hətta Danimarkadakı Disneylendin “Hans Christian Andersenland” adlandırılması və Mikki Mausun vikinq dəbilqəsi taxması kimi yumoristik fikirlər də yer alıb.

Qeyd edək ki, bu zarafat xarakterli təşəbbüs, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyini təkrar etməsindən sonra ortaya çıxıb. Qrenlandiya və Danimarka isə bu iddiaya qəti şəkildə qarşı çıxıb.

Digər tərəfdən, Qrenlandiyada separatçı hərəkatın güclənməsi adanın gələcəyi ilə bağlı yeni müzakirələr yaradıb. Qrenlandiyanın baş naziri Yeni il çıxışında "müstəmləkəçilik zəncirlərindən azad olmaq" ifadəsini işlədib, lakin ABŞ-ı birbaşa hədəf almayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice