Bakı,
AzerVoice
ABŞ-da keçirilən sorğunun nəticələrinə görə, ictimaiyyətin 64 faizi
keçmiş prezident Donald Trampın Qəzza zolağının ələ keçirilməsi və
fələstinlilərin zorla köçürülməsi planına qarşı çıxıb.
AzerVoice xəbər verir ki,“Data for Progress” təşkilatının 8-9 fevral tarixlərində keçirdiyi sorğuda 1200 ABŞ seçicisindən Trampın bu planı ilə bağlı fikirləri öyrənilib.
İştirakçılara Trampın təklifinə əsasən, Qəzzada yaşayan fələstinlilərin məcburi köçkün edilərək qonşu ölkələrə yerləşdiriləcəyi bildirilib.
Sorğuda iştirak edənlərin 64 faizi ABŞ-ın belə bir addım atmasına qarşı olduğunu bildirib. Onlardan 47 faizi planı qəti şəkildə dəstəkləmədiyini, 17 faizi isə qismən əleyhinə olduğunu qeyd edib.
Bundan əlavə, respondentlərin 69 faizi ABŞ-ın Yaxın Şərqə qoşun göndərməsinə qarşı olduğunu bildirib.
Qeyd edək ki, Fevralın 4-də Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Tramp ABŞ-ın Qəzza zolağını ələ keçirəcəyini bəyan edib.
O, Qəzzanın “tamamilə məhv bölgəsinə” çevrildiyini vurğulayaraq, oradakı fələstinlilərin qonşu ölkələrdə – xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə köçürülməsinin daha məqsədəuyğun olacağını müdafiə edib.
Tramp, həmçinin, fələstinlilərin Qəzzanı tərk etməkdən başqa çıxış yolu olmadığını iddia edib.