Bakı, AzerVoice
Yunanıstanda son günlərdə Egey dənizində seysmik aktivliyin artması
səbəbilə təsirlənən adalarda təhlükəsizlik tədbirlərinin uzadılması
qərara alınıb.
AzerVoice xəbər verir ki, yunan mətbuatında
yayılan məlumata görə, Seysmik Riskin Qiymətləndirilməsi Komitəsi
tərəfindən bu qərar verilib.
Seysmoloq Kostas Papazahos görüşdən sonra verdiyi açıqlamada vətəndaşları tədbirlərə ciddi riayət etməyə çağırıb. O, əhalinin sıxlıq olan qapalı ərazilərdən uzaq durmasını, ada sakinlərinin təhlükəsiz marşrutlardan istifadə etməsini və Santorini adasındakı bəzi limanlardan istifadənin məhdudlaşdırılmasını tövsiyə edib.
Papazahos, Santorini, Yamurgi, Niyoz və Anafiya adalarında təhsil fəaliyyətlərinin fasiləsinin fevralın 14-dək uzadıldığını bildirib. Bundan əlavə, fevralın 1-dən bəri Santorini yaxınlığında 3,0 bal gücündə 1100-dən çox zəlzələnin qeydə alındığını, lakin araşdırılan strukturlarda heç bir problem müşahidə edilmədiyini vurğulayıb.