Əsas səhifə » Apple da Meksika körfəzini Amerika körfəzi olaraq dəyişdirib

Apple da Meksika körfəzini Amerika körfəzi olaraq dəyişdirib

Bakı, AzerVoice

ABŞ Prezidenti Donald Trampın Meksika körfəzinin adının "Amerika Körfəzi" olaraq dəyişdirilməsi haqqında sərəncamından sonra, həm "Google Maps", həm də "Apple Maps" tətbiqləri bu dəyişikliyi öz xəritələrində əks etdirməyə başlayıblar.

AzerVoice xəbər verir ki, ABŞ Coğrafi Adlar Sistemi (GNIS) də bu adı rəsmi olaraq yeniləyib.

Belə ki, "Google Maps" ABŞ-dakı istifadəçilər üçün "Amerika Körfəzi" adını göstərir, Meksikadakı istifadəçilər üçün isə "Meksika Körfəzi" adını saxlamağa davam edir. Digər ölkələrdəki istifadəçilər hər iki adı görə bilərlər.

Qeyd edək ki, bu ad dəyişikliyi Meksika hökuməti tərəfindən etirazla qarşılanıb. Meksika Prezidenti Klaudiya Şeynbaum "Google"a məktub göndərərək, belə bir qərarın əsassız olduğunu və ABŞ-ın beynəlxalq su hövzəsinin adını dəyişdirmək hüququnun olmadığını bildirib.

Bu dəyişikliklərə baxmayaraq, bəzi media qurumları və təşkilatlar hələ də "Meksika Körfəzi" adından istifadə etməyə davam edirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice