Bakı,
AzerVoice
Argentinanın cənubundakı Pataqoniya bölgəsində bir müddətdir davam
edən meşə yanğınları nəticəsində 37 min hektar ərazinin külə
döndüyü bildirilib.
AzerVoice xəbər verir ki, milli mətbuatın məlumatına görə, ölkənin əsas turizm bölgələrindən biri olan Pataqoniyada iki milli parkda başlayan yanğınlar sürətlə yayılaraq geniş meşə sahələrinə ciddi ziyan vurub.
Prezidentin sözçüsü Manuel Adorni mövzu ilə bağlı açıqlamasında, "Prezident bölgəmizdəki fəlakətlərlə daha yaxşı mübarizə aparmaq üçün Milli Təhlükəsizlik Nazirliyi nəzdində Federal Fövqəladə Təşkilatın yaradılmasına qərar verdi", – deyə bildirib.
Argentinanın təhlükəsizlik naziri Patricia Bullrich də yeni yaradılacaq agentliyin əhəmiyyətini vurğulayaraq , "Hazırda milli səviyyədə fövqəladə hallar, fəlakətlər, yanğınlar və daşqınlarla məşğul olan 12 müxtəlif struktur mövcuddur. Yeni agentlik isə ölkə ərazisində baş verən bütün fövqəladə hallara real vaxt rejimində və effektiv şəkildə cavab verməyi təmin edəcək" - deeyə qeyd edib.
Ekspertlər hesab edirlər ki, iqlim dəyişikliyi və insanların məsuliyyətsiz davranışları səbəbindən Argentinada hər il minlərlə hektar meşə sahəsi yanğınlar nəticəsində məhv olur.