Bakı,
AzerVoice
Qəzzanın işğalı ilə bağlı açıqlamaları səbəbindən tənqidlərə məruz
qalan ABŞ prezidenti Donald Tramp, indi də atəşkəsin ləğvi ilə
təhdid edib.
AzerVoice xəbər verir ki, o, şənbə
günü saat 12-yə qədər Qəzzadakı bütün girovların azad edilməsini
tələb edərək, əks halda atəşkəsin sona çatacağını bildirib.
Ağ Evdə keçirilən imzalanma mərasimində çıxış edən Tramp, HƏMAS-ın məhbus mübadiləsini dayandırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, bu addımı "qəbuledilməz" adlandırıb və girovların azad olunmaması halında ağır nəticələrin olacağını vurğulayıb.
Tramp, həmçinin Qəzzadakı fələstinlilərin Misir və İordaniya kimi qonşu ölkələrə yerləşdirilməsi planının hələ də nəzərdə olduğunu bildirib.
O, müxtəlif ölkə liderləri ilə bu məsələni müzakirə etdiyini və onların müəyyən torpaq sahəsi ayırmağa müsbət yanaşdığını qeyd edib. "Əgər təhlükəsiz və yaşamaq üçün əlverişli bir yer yarada bilsək, insanlar Qəzzanı tərk edərdi. Onlar oradan çıxmaq istəyirlər, lakin alternativləri yoxdur," – deyə o vurğulayıb.
Tramp Qəzzaya bənzər bir planın İordan çayının qərb sahili üçün nəzərdə tutulmadığını da bildirib.
Tramp, Misir və İordaniyanın bu plana müsbət yanaşmaması halında, ABŞ-ın bu ölkələrə müdafiə yardımını dayandırıb-dayandırmayacağı ilə bağlı suala isə, bunun mümkün ola biləcək bur variant oluğunu bildirib.
Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə, fevralın 15-də keçirilməsi planlaşdırılan məhbus mübadiləsinin İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi üçün dayandırıldığını açıqlayıb.