10
Bakı,
AzerVoice
Mərakeşin şimalında yerləşən Kasir Əl Kebir şəhəri yaxınlığında 5,1
bal gücündə zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, Amerika
Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) məlumatına görə, zəlzələ
yerin təxminən 10 kilometr dərinliyində baş verib və episentri
Kasir Əl Kebir şəhərinin şimal-şərqində yerləşib.
Zəlzələ paytaxt Rabat və Kasablanka kimi böyük şəhərlərdə də hiss edilib. Yerli vaxtla saat 23:48-də baş verən təkan Rabatda qısamüddətli panikaya səbəb olub.
Hələlik zəlzələnin zərəri və itkilərlə bağlı rəsmi məlumat yayımlanmayıb.