58
Bakı, AzerVoice
İran Xarici İşlər Naziri Erakçi Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.
AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Erakçi BMT-nin baş katibi Quterreşlə telefon danışığında fələstinlilərin zorla köçürülməsi təklifinin bütün beynəlxalq qanunlara zidd olduğunu bildirib.
"Fələstinlilərin zorla köçürülməsi təklifi bütün beynəlxalq hüquq və BMT qaydalarına ziddir. Bu, həm də İsrail rejiminin soyqırım törətmək və Fələstini məhv etmək planını tamamlayır". - deyə Erakçi bildirib.
İran rəsmisi beynəlxalq ictimaiyyəti İsrailin beynəlxalq hüququ pozmağa və cinayət törətməyə davam etməsinin qarşısını almağa çağırıb.