Bakı,
AzerVoice
ABŞ prezidenti Donald Tramp, məşhur amerikalı müğənni Taylor Swift
ilə bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib.
AzerVoice xəbər verir ki, Tramp Truth
Social hesabında Amerikanı Yenidən Möhtəşəm Et (MAGA) şüarına
istinad edərək, Super Bowl matçında müğənninin fitə basıldığını
iddia edib.
"Kansas City Chiefs-dən daha çətin gecə keçirən yeganə şəxs Taylor
Swift idi. O, stadiondan qovuldub, MAGA bağışlamaz!" - deyə
yazıb.
Qeyd edək ki, Trampın bu paylaşımı, Swift-in seçkilərdə vitse-prezident Kamala Harrisə dəstək verməsi ilə bağlı iddialardan sonra gəlib. Müğənni, ilk Tramp-Harris debatı sonrası Harrisə səs verəcəyini açıqlayan bir paylaşım etmişdi.
Bəzi Respublikaçılar və Trampa yaxın dairələr, Demokratların Taylor Swift-in populyarlığından istifadə edərək seçkilərdə üstünlük qazanmağa çalışdıqlarını iddia edirlər. Respublikaçı milyarder Vivek Ramasvami, hətta Swift-in Super Bowl zamanı Baydenə dəstək mesajı verə biləcəyini irəli sürmüşdü.
Tramp daha əvvəl də Swift-ə qarşı sərt ifadələr işlədib. 16 sentyabr 2024-cü ildə Truth Social hesabında "Mən Taylor Swift-dən nifrət edirəm" deməsi onun bu mövzuda nə qədər tərs olduğunu göstərib.