28
Bakı,AzerVoice
ABŞ Prezidenti Donald Tramp, sələfi Co Baydenin məxfi məlumatlara
çıxışını məhdudlaşdırıb.
AzerVoice xəbər verir ki, Tramp "Truth
Social" sosial şəbəkəsindəki hesabında bildirib ki, Baydenin məxfi
məlumatlara çıxışına ehtiyac yoxdur və buna görə də onun
təhlükəsizlik icazəsi ləğv edilərək gündəlik kəşfiyyat brifinqləri
dayandırılıb.
Trampın sözlərinə görə, xüsusi prokuror Robert Hurun hesabatı Baydenin yaddaş problemlərindən əziyyət çəkdiyini göstərir və hətta onun ən yaxşı vaxtlarında belə məxfi məlumatların ona etibar edilməsinin uyğun olmadığını qeyd edir.
Qeyd edək ki, 2021-ci ildə Co Bayden də Trampın təhlükəsizlik icazələrini ləğv etmişdi.