BAKI,AzerVoice
Əfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyi qadınlara məxsus
bir radio stansiyasının yayımını dayandırdığını açıqlayıb.
AzerVoicexəbər verir ki, rəsmi
bəyanatda bildirilib ki, bu qərar "yayım siyasətinin pozulması və
lisenziyanın düzgün istifadə edilməməsi" səbəbindən verilib.
Nazirlik, həmçinin stansiyanın "xarici televiziya kanalına icazəsiz
məzmun və proqramlar təqdim etdiyini" vurğulayıb.
Talibanın tabeliyində olan Mədəniyyət və İnformasiya Nazirliyi daha
öncə də xarici media ilə əməkdaşlıqda ittiham edərək başqa bir
media qurumunu bağlamışdı.
Nazirlik bildirib ki, "Radio Begüm" yayım siyasətini pozub və
lisenziyasından düzgün istifadə etməyib.
Qeyd olunub ki, bu qərar bir neçə pozuntuya, o cümlədən xarici
televiziya kanalına icazəsiz məzmun təqdim olunmasına görə verilib
və stansiyanın gələcəyi ilə bağlı sənədlər nəzərdən
keçiriləcək.
Qeyd edək ki,"Radio Begüm" 2021-ci ilin martında, Beynəlxalq
Qadınlar Günü münasibətilə, ABŞ və NATO qüvvələrinin xaotik geri
çəkilməsi və "Talibanın hakimiyyəti ələ keçirməsindən beş ay əvvəl
yaradılıb. Stansiyanın bütün verilişlərinin məzmunu əfqan qadınları
tərəfindən hazırlanır. "Begüm TV" isə Fransadan yayımlanır və 7-ci
sinifdən 12-ci sinifə qədər Əfqanıstan dərs proqramlarını əhatə
edən tədris proqramları təqdim edir.
Əfqanıstan hakimiyyəti qadın radiosunun yayımını dayandırıb
60