Əsas səhifə » Yunanıstan Santorini adasında fövqəladə vəziyyət elan edib

Yunanıstan Santorini adasında fövqəladə vəziyyət elan edib

Bakı, AzerVoice

Yunanıstanın Mülki Müdafiə Baş Katibliyi Santorini adasında artan seysmik fəaliyyət səbəbindən martın 1-dək fövqəladə vəziyyət elan edib.

AzerVoice xəbər verir ki, Dövlət televiziyası ERT xəbər verir ki, son günlər Egey dənizi bölgəsində baş verən intensiv yeraltı təkanlar Santorini adasında təhlükəni artırıb.

Ekspertlər yeraltı təkanlar səbəbindən sürüşmə riskinə diqqət çəkib və yerli sakinlərə ehtiyatlı olmağı tövsiyə ediblər.

Belə ki, son 10 gün ərzində adada 7700-dən çox kiçik zəlzələ qeydə alınıb. Seysmik fəaliyyətin artması adanın geoloji sabitliyinə ciddi təsir göstərir.

Güclü zəlzələ riskinə qarşı adaya əlavə əsgərlər, polis və yanğınsöndürənlər göndərilib. Afinadan gələn ekspertlər qrupu bölgədəki binaların təhlükəsizliyini yoxlamağa başlayıb.

Bu vəziyyət Santorini sakinləri və turistlər üçün ciddi narahatlıq yaradıb. Mütəxəssislər vəziyyəti yaxından izləyir və ehtiyat tədbirlərinin gücləndirildiyini bildirirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice