Bakı,
AzerVoice
Alimlər Şərqi Qrenlandiyada tarixdə qeydə alınan ən böyük buzlaq
göl daşqınlarından birini müşahidə ediblər.
AzerVoice xəbər verir ki, Katalina gölündə yığılan 3 trilyon litr ərimiş buz həftələr ərzində Edvard Beyli buzlaqının altında 25 kilometr uzunluğunda tunel yaradaraq Scoresby Sound fyorduna axıb.
Bu həcmdə su Danimarkanın illik su istehlakının üç qatına bərabərdir və qlobal istiləşmənin yaratdığı riskləri bir daha ortaya qoyur.
Belə ki, Katalina gölü 20 il ərzində ərimiş buz suları ilə
dolub. Su buzlağın altında yığılıb və təzyiq nəticəsində buz
kütləsini yuxarı qaldıraraq nəhəng bir tunel yaradıb.
Bu cür hadisələr Glacial Lake Burst Floods (GLOF) adlanır və son 30
ildə qlobal istiləşmənin təsiri ilə daha tez-tez baş verir.
Kopenhagen Universitetinin Niels Bohr İnstitutunun alimləri ilk dəfə peyk görüntülərindən istifadə edərək bu prosesi real vaxt rejimində izləyiblər.
Tədqiqatlara görə, belə buzlaq daşqınları xüsusilə Himalay
dağları kimi əhalinin sıx yaşadığı yerlərdə təhlükəli ola
bilər.
Hazırda dünyada 15 milyon insan buzlaq daşqınlarının təhlükəsi
altındadır.
Qeyd edək ki, Katalina gölündən axan suyun gücü dünyanın ən
böyük atom elektrik stansiyasının 22 günlük tam istehsalına
bərabərdir.
Alimlər bu gücün yaşıl enerji istehsalında necə istifadə oluna
biləcəyini araşdırmağa çağırırlar. Lakin Qrenlandiyanın aşağı əhali
sıxlığı və infrastruktur çatışmazlığı bu potensialdan istifadəni
çətinləşdirir.