Əsas səhifə » Tramp Qəzza ilə bağlı daha bir qalmaqallı açıqlama verib

Tramp Qəzza ilə bağlı daha bir qalmaqallı açıqlama verib

Bakı, AzerVoice

Donald Tramp, Qəzza ilə bağlı son açıqlamalarında , bu dəfə də İsrailin Qəzzanı ABŞ-a təhvil verəcəyini iddia edib.

AzerVoice xəbər verir ki, Tramp, İsrailin müharibədən sonra Qəzza zolağını ABŞ-a təhvil verəcəyini bildirərək, bununla bağlı öz planlarını açıqlayıb.

ABŞ prezidenti, bu planda Qəzzada beynəlxalq qurumlarla birgə tikinti işləri aparılacağını vurğulayıb.

Tramp, həmçinin sonda fələstinliləri Qəzzadan daha təhlükəsiz yerlərə yerləşdirmək planını təkrarlayaraq, bu tədbirin bölgədəki sabitliyi artıracağını iddia edib.

Digər Kateqoriyalar

2025 © Azervoice