Bakı, AzerVoice
Sudan ordusunun paytaxt Xartumun mərkəzinə yaxın Ər-Rumeyla və Sanayi rayonlarını nəzarətə götürüb.
AzerVoice xəbər verir ki, bu barədə ordu sözcüsü Nebil Abdullanın verdiyi açıqlamada deyilir.
"Qüvvələrimiz Xartumda əhəmiyyətli irəliləyiş əldə edib və Ər-Rumeyla bölgəsini, Sanayi bölgəsini və zərbxana binalarını Çevik Dəstək Qüvvələrindən təmizləyib",- deyə açıqlamada bildirilib.
Məlumat üçün bildirək ki, 15 aprel 2023-cü ildən Sudanda ordu və bir vaxtlar ona bağlı olan Çevik Dəstək Qüvvələri arasında hərbi islahatlar və inteqrasiya kimi məsələlərdə fikir ayrılıqları yaranıb.
Bu müharibəni sona çatdırmaq üçün başlayan bütün həll cəhdləri uğursuz oldu.
BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük və aclıq böhranının yaşandığı Sudanda qarşıdurmalar nəticəsində 20 mindən çox insan həyatını itirib.