Bakı,
AzerVoice
Polşanın xarici işlər nazirinin müavini Andrzej Szejna, ABŞ
prezidenti Donald Trampın Qəzzadakı fələstinlilərin zorla
köçürülməsi planına kəskin etiraz edib.
AzerVoice xəbər verir ki, O,
"Fələstinlə bağlı fələstinlilər olmadan heç bir qərar verilə
bilməz" deyərək, Polşanın bu məsələ ilə bağlı mövqeyini açıq
şəkildə ifadə edib.
Szejna Polşanın iki dövlətli həll yolunu dəstəklədiyini və Fələstinlə diplomatik əlaqələr saxladıqlarını vurğulayıb. O, fələstinlilərin taleyinin onların öz iştirakı olmadan müəyyən edilməsinin qəbuledilməz olduğunu bildirib.
Tramp isə İsrailin baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi mətbuat konfransında Qəzza zolağının nəzarətə götürüləcəyini və oradakı dağıntıların təmizlənəcəyini elan edib. O, Qəzzanın tamamilə viran olduğunu və orada yaşayan fələstinlilərin qonşu ərəb ölkələrinə, xüsusilə Misir və İordaniyaya köçürülməsinin daha yaxşı bir həll yolu olduğunu müdafiə edib.