Bakı,
AzerVoice
İranın xarici işlər naziri Abbas Erakçi, ABŞ-ın "maksimum təzyiq"
siyasətinin uğursuz olduğunu vurğulayıb.
AzerVoice xəbər verir ki, Erakçi bu
strategiyanın daha əvvəl uğursuz olduğunu və yenidən tətbiq
olunmasının yalnız başqa bir uğursuzluğa səbəb olacağını
bildirib.
Nazir, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT)
sadiq qaldığını və nüvə fəaliyyətlərində şəffaf davrandığını
vurğulayıb.
O, İranın lideri Əli Xamneyinin nüvə silahının qadağan edilməsini nəzərdə tutan fitvasına da diqqət çəkib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, Ağ Evdə keçirilən
mərasimdə İrana qarşı yeni bir siyasət açıqlayıb və əvvəlki
"maksimum təzyiq" siyasətini canlandıracaq bir fərman
imzalayıb.
Tramp, bu siyasəti yenidən tətbiq etməkdən məmnun olmadığını, amma
bunun lazım gələrsə istifadə ediləcəyini qeyd edib.