9
Bakı, AzerVoice
Çin Qəzza zolağının əhalisini hədəf alan məcburi köçürmələrə qarşıdır.
AzerVoice xəbər verir ki, bu sözləri Çin xarici işlər naziri ABŞ prezidenti Donald Trampın bölgəni ələ keçirmək təklifinə cavab olaraq deyib.
"Çin ümid edir ki, iki tərəf atəşkəsi Fələstin məsələsinin doğru yolla həll edilməsi üçün bir fürsət olaraq qəbul edərlər",- deyə nazirliyin sözcüsü qeyd edib.
Qeyd edək ki, Tramp, İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında konkret məlumat vermədən sürpriz planını açıqlayıb.
Belə ki, Tramp, fələstinlilərin başqa yerə köçürüldükdən sonra ABŞ-ın müharibədən zərər çəkmiş Qəzza zolağının ələ keçirəcəyini və onu iqtisadi cəhətdən inkişaf etdirəcəyini bildirib.