Bakı,
AzerVoice
İnsan Haqları İzləmə Təşkilatı (HRW), Çinin uyğurlara tətbiq etdiyi
səyahət qadağalarını yüngülləşdirdiyini, lakin xaricə səyahət və ya
Sincan-Uyğur Muxtar Bölgəsindəki ailələrini ziyarət etmək
istəyənlər üçün ciddi məhdudiyyətlərin hələ də saxlandığını
bildirib.
AzerVoice xəbər verir ki, təşkilatın
yeni hesabatına görə, Çin hakimiyyəti, bəzi uyğurlara pasportlarını
geri qaytarmağa və ictimaiyyətə səyahət üçün müraciət etməyə icazə
verib.
Bununla belə, ciddi məhdudiyyətlər qalmaqdadır və səyahət etmək
istəyənlərdən müəyyən şərtlərə riayət etmələri tələb olunur.
Xatərladaq ki, Çinin Sincan bölgəsində bir milyondan çox uyğurun və digər müsəlman azlıqların həbsdə saxlanması ilə bağlı beynəlxalq tənqidlər davam edir. Çin hökuməti isə bu ittihamları rədd edərək, Sincanı radikalizmdən təmizlədiyini və bölgəyə iqtisadi inkişaf gətirdiyini bildirir.
Human Rights Watch hesabatında qeyd edir ki, uyğurlara nadir hallarda ailə üzvləri ilə səyahət etməyə icazə verilir və xaricə səfər edərkən tez-tez sorğu-sual edilir, hətta qohumlarının evlərində qalmağa icazə verilmir.
Qeyd edək ki, ABŞ və digər beynəlxalq qurumlar, Çinin uyğurlara qarşı həyata keçirdiyi siyasətləri soyqırım kimi qiymətləndirib. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı keçən il, Sincanda törədilən insanlığa qarşı cinayətlərə dair hesabat yayımlayaraq, bu siyasətin davam etdiyini bildirib.