Bakı, AzerVoice
82 yaşlı siyasətçi və ABŞ-ın keçmiş prezidenti Co Bayden, Creative
Artists Agency (CAA) ilə yeni müqavilə imzalayıb.
AzerVoice xəbər verir ki, Los-Ancelesdə yerləşən CAA-nın həmsədri Riçard Lovett Baydenin 50 illik siyasət karyerasını vurğulayıb və bildirib ki, prezident Bayden "Amerikanın ən hörmətli və təsirli səslərindən biri" olaraq qlobal məsələlərdəki rolu ilə çox böyük təsirə malikdir.
Baydenin son açıqlamaları, xüsusən də “Biz döyüşdən deyil,
vəzifədən gedirik” ifadəsi, siyasət dünyasında onun gələcəyi ilə
bağlı müzakirələri artırıb.
Keçmiş prezidentin 2017-2020 illərində CAA ilə əməkdaşlığı
sırasında, "Mənə söz ver, ata" adlı xatirə kitabı diqqət çəkib. Bu
kitab, Beau Baydenin ölümündən bəhs edərək New York Times
bestseller siyahısında birinci yerə yüksəlib və 2020-ci il
prezident seçkilərində Baydenin namizədliyinə də mühüm təsir
göstərib.
Qeyd edək ki, CAA-nın əməkdaşlıq etdiyi digər siyasi şəxslər arasında Barak Obama və Michelle Obama, həmçinin 2016-cı ildə prezidentliyə namizəd olan Hillari Klinton də var.