Bakı,
AzerVoice
ABŞ Ədliyyə Departamenti, ölkə daxilindəki nüfuzlu universitetlərdə
Fələstin həmrəyliyi etirazlarına qarşı mübarizə aparmaq məqsədilə
yeni bir işçi qrupu yaradacaq.
AzerVoice xəbər verir ki ,departament
bazar ertəsi verdiyi açıqlamada, bu qrupun ilk prioritetinin
məsələnin təhsil müəssisələrində və universitet kampuslarında
antisemitizmlə mübarizə olacağını bildirib.
Ağ Evdən verilən digər açıqlamada isə, Prezident Donald Tramp 29 yanvarda imzaladığı sərəncamla, anti-İsrail nümayişlərində iştirak edən əcnəbi tələbələri deportasiya etməyi nəzərdə tutmuşdu.
Keçmiş Fox News şərhçisi və mülki hüquq eksperti Leo Terrell, yeni yaradılan işçi qrupunun rəhbəri təyin edilib. Terrell, 2020-ci ildə tərəfini dəyişərək Trampı dəstəkləməyə başladığını açıqlamışdı. Trampın vəzifəyə başlamasından sonra, Terrell Ədliyyə Departamentinin Mülki Hüquqlar Şöbəsinə təyin edilmişdi.
Ancaq, Trampın bu qərarı geniş əks-səda doğurub. O, 2024-cü ilin aprel ayında Kolumbiya Universitetində başlanan və bütün ölkəyə yayılan anti-İsrail etirazlarına işarə edib. Bu etirazlar Prinston, Yale, MİT və Harvard kimi nüfuzlu universitetlərdə də genişlənmiş və ən azı 3100 nəfər, tələbə və akademiklər arasında həbslər və saxlanmalar baş vermişdi.
Qeyd edək ki, Trampın sərəncamı həm də konstitusiyaya zidd olması ilə bağlı hüquq ekspertləri tərəfindən tənqid edilib. Keçmiş ABŞ Prezident Co Bayden də hadisəyə reaksiya verərək, bu "antisemitizmi ehtiva edən etirazları" qınadığını bildirib.