Əsas səhifə » Tramp Fələstinliləri humanitar səbəblərə görə deportasiya etmək istəyir

Tramp Fələstinliləri humanitar səbəblərə görə deportasiya etmək istəyir

Bakı, AzerVoice

ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Witkoff, prezident Donald Trampın fələstinlilərin Qəzzadan Misir və İordaniyaya deportasiyası təklifini rədd edərək, Trampın məsələyə humanitar prizmadan yanaşdığını vurğulayıb.

AzerVoice xəbər verir ki, Witkoff, Qəzzaya səfər etdiyini və vəziyyəti öz gözləri ilə gördüyünü bildirib.

“100 faiz dağıntı gördüm. Binalar hər an uça bilər, kommunal xidmətlər yoxdur, işıqlar, qaz yoxdur. Bircə Allah bilir, hansı xəstəliklər baş verə bilər.”- deyə o, Trampın Qəzzanın təmizlənməsini müzakirə edərkən, bunun ərazinin yaşamaq üçün əlverişli hala gətirilməsi məqsədi daşıdığını qeyd edib.

O, həmçinin Qəzzada tullantıların və dağıntıların məhv edilməsinin 3-5 il çəkəcəyini, bununla yanaşı, baş planın təqdim edilməsi üçün yerin altının tam olaraq yoxlanması lazım olduğunu qeyd edib.

ABŞ-ın Milli Təhlükəsizlik üzrə Müşaviri Mike Waltz isə, Qəzza sakinlərinin dağıntılar üzərində yaşadığını və bu vəziyyətin 5 ildən çox, 10-15 il ərzində bərpa ediləcəyini vurğulayıb.

İordaniya və Misir fələstinlilərin köçürülməsi ideyasını rədd etdikdən sonra, Mike Waltz bu məsələni regiondakı müttəfiqlər və tərəfdaşlarla məsləhətləşmək lazım olduğunu vurğulayıb. O, Trampın İordaniya kralı Abdullanı qəbul edəcəyini və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə əlaqə saxladığını bildirib.

Witkoff, Qəzzadakı mövcud vəziyyətin tam başa düşülməsi çərçivəsində razılaşmanın mürəkkəb olduğunu və bütün məsələlərin nəzərə alınmasının vacib olduğunu vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice