Əsas səhifə » İsrailli nazirlər Trampa dəstək verib

İsrailli nazirlər Trampa dəstək verib

Bakı,AzerVoice

ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı deportasiya və işğal bəyanatları İsrailin ifrat sağçı nazirləri tərəfindən alqışlanıb.

AzerVoice xəbər verir ki, İsrailin Maliyyə naziri Bezalel Smotrich, Tramp və Netanyahu ilə bağlı paylaşım edərək “Birlikdə dünyanı yenidən möhtəşəm edəcəyik” - deyə bildirib.

Enerji naziri Elo Koen, Trampın İran və Yaxın Şərqlə bağlı qərarlarının “rifahı təmin edəcəyini” iddia edərək, bu günü “tarixi səhər” adlandırıb.

Nəqliyyat naziri Miri Regev, Tramp və Netanyahunun “dünyanı daha yaxşı bir yerə çevirəcəyini” iddia edərək onları tərifləyib.

Mədəniyyət və İdman naziri Miki Zohar Tramp və Netanyahunu möcüzə yaradan liderlər kimi təqdim edib və “Allaha şükürlər olsun” deyə bildirib.

Qeyd edək ki, Qəzzanın artıq yaşanmaz vəziyyətdə olduğunu bildirən Tramp, fələstinlilərin oranı “tərk etməkdən başqa çarəsinin olmadığını” iddia edib.

“İnsanların Qəzzaya geri dönməməli olduğunu düşünürəm” – deyən prezident, həmçinin ABŞ-ın Qəzza zolağını ələ keçirəcəyini açıqlayıb.

Trampın qalmaqallı Qəzza planı

Digər Kateqoriyalar

2025 © Azervoice