Bakı,AzerVoice
ABŞ prezidenti Donald Tramp, ölkəsinin BMT-nin Yaxın Şərqdəki
Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) və BMT
İnsan Haqları Şurasından çıxmasına dair sərəncam imzalayıb.
AzerVoice xəbər verir ki, Ağ Evdə
keçirilən imza mərasimində Tramp, ABŞ-ın artıq bu qurumların bir
hissəsi olmayacağını bildirib.
Tramp, UNRWA-nın fələstinlilərə yardım məqsədilə yaradıldığını,
lakin ABŞ-ın bundan sonra bu qurumu dəstəkləməyəcəyini
vurğulayıb.
Qeyd edək ki, İsrailin Qəzzada törətdiyi soyqırım zamanı UNRWA
tez-tez gündəmə gəlmiş, respublikaçılar qurumun bağlanmasını tələb
etmişdilər.
Daha əvvəl Co Bayden administrasiyası da UNRWA-ya maliyyə
yardımlarını dayandırmaq qərarına gəlmişdi.
Tramp administrasiyası həmçinin, ABŞ-ın BMT İnsan Haqları
Şurasından da çıxacağını açıqlayıb. ABŞ, BMT-nin bu qurumlarını
“qərəzli və effektiv olmayan” adlandırıb.