14
Bakı,AzerVoice
ABŞ-ın Pensilvaniya ştatında supermarketdən 100 min yumurta
oğurlanıb.
AzerVoice xəbər verir ki, Quş qripi
epidemiyasının yumurta qiymətlərini artırması, oğurluq
hadisələrinin də artmasına səbəb olub.
Fevralın 1-də Pete & Gerry's Organics adlı supermarketdə baş verən hadisədə oğrular pikapın arxasında olan 100 min yumurtanı aparıblar, oğurlanan yumurtaların bazar dəyəri isə 40 min dollar civarında qiymətləndirilir.
ABŞ-da quş qripi səbəbindən yumurta qiymətləri son bir ildə 65% artıb.
ABŞ Kənd Təsərrüfatı Departamentinə görə, 2025-ci ildə qiymətlərin əlavə 20% yüksələcəyi gözlənilir.
Ekspertlər hazırda virusun insanlara yoluxma ehtimalının çox aşağı olduğunu bildirirlər.