Bakı,AzerVoice
Türkiyənin 21 vilayətində aparılan "Gürz-44" əməliyyatları
çərçivəsində 164 nəfər şübhəli şəxs saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya ölkə daxilində İŞİD
terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatların keçirildiyini
açıqlayıb.
Yerlikaya sosial media hesabında paylaşdığı açıqlamada, İstanbul və Ankara daxil olmaqla 21 vilayətdə keçirilən əməliyyatlarda 164 İŞİD üzvünün saxlanıldığını və şübhəlilərin təşkilat daxilində aktiv fəaliyyət göstərərək maliyyə dəstəyi verdiyini bildirib.
Həmçinin, əməliyyat zamanı sənədsiz silah və tüfənglər, eləcə də çoxlu sayda rəqəmsal materiallar ələ keçirilib.
Əməliyyatlarla bağlı açıqlama verən Ali Yerlikaya vurğulayıb ki, terrorun qarşısının alınması üçün sosial həmrəylik və ortaq dəyərlər əsas müdafiə mexanizmləridir. O, Türkiyənin terrorla hərtərəfli mübarizəyə sadiq olduğunu və bu təhlükəni ölkədən tamamilə silməkdə qərarlı olduqlarını qeyd edib.
21 ilde DEAŞ Terör Örgütüne yönelik son 1 haftadır devam eden “GÜRZ-44” operasyonlarında; 164 şüpheli Terör Örgütü mensubu yakalandı.
— Ali Yerlikaya (@AliYerlikaya) February 5, 2025
Toplumsal dayanışmamız ve ortak değerlerimiz, terörün yayılmasını önlemede en etkili savunma mekanizmalarından biridir. Terörü ülkemizden… pic.twitter.com/YVAz4Vezhv