Əsas səhifə » ABŞ USAID işçilərini inzibati məzuniyyətə buraxacaq

ABŞ USAID işçilərini inzibati məzuniyyətə buraxacaq

Bakı,AzerVoice

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) kritik missiyası olmayan, əsas rəhbərlik və xüsusi proqramlara cavabdeh olmayan işçilərin fevralın 8-dən etibarən inzibati məzuniyyətə buraxılacağını açıqlayıb.

AzerVoice xəbər verir ki, USAID rəsmi internet səhifəsində yayımladığı bəyanatda bildirib ki, yalnız əsas rəhbər heyət və vacib proqramlara cavabdeh işçilər fəaliyyətini davam etdirəcək.

ABŞ Konqresinin 2025-ci ilin yanvarında yayımladığı hesabat göstərir ki, USAID-in 10 000-dən çox əməkdaşının təxminən üçdə ikisi 60-dan çox ölkədə işləyir.

ABŞ prezidenti Donald Tramp vəzifəyə başladıqdan dərhal sonra, yanvarın 21-də xarici yardımları donduran sərəncam imzalayıb. Bu sərəncama görə, bütün nazirlik və agentliklər xarici ölkələrə ödənişləri dayandıracaq və ABŞ-ın xarici yardım proqramlarının xarici siyasətə uyğunluğu 90 gün ərzində araşdırılacaq.

Bundan sonra yanvarın 27-də ABŞ Dövlət Departamenti və USAID tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını elan edib.

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Elon Musk isə keçən həftə bildirib ki, USAID inzibatçıları ilə bağlı problemlərə görə işçilər məzuniyyətə göndərilib və agentliyin sosial media hesabları bağlanıb.

Daha sonra prezident Donald Tramp və Elon Musk USAID-in bağlanması ilə bağlı açıqlamalar veriblər.

ABŞ-da USAID böhranı

Digər Kateqoriyalar

2025 © Azervoice