Bakı,
AzerVoice
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ səfəri zamanı İsrailin
gələcəyini təmin edəcəyini və bölgəyə sülh gətirəcəyini iddia
edərək, "Qəzzada işlərini bitirməli" olduqlarını müdafiə edib.
AzerVoice xəbər verir ki, Netanyahu Ağ Evdə ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında danışıb və Trampı İsrailin ən böyük dostu adlandırıb.
İsrail baş naziri çıxışı zamanı Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını, ABŞ səfirliyini Qüdsə köçürməsini və İsrailin Qolan təpələrini ilhaq etməsini dəstəkləməsini xatırladıb.
Jurnalistlərin Trampın "ABŞ-ın Qəzza zolağını ələ keçirməsi" və
"Qəzzəlilərin deportasiyası" ilə bağlı bəyanatlarına münasibətini
soruşmasına Netanyahu ,
"Prezident Tramp bunu çox daha yüksək səviyyəyə çatdırır. O, həmin
torpaq parçasının başqa gələcəyini görür." - deyə cavab verib.
Qeyd edək ki, eyni mətbuat konfransında ABŞ prezidenti Donald Tramp, ABŞ-ın Qəzza zolağını ələ keçirəcəyini bildirib.
Tramp Qəzzanın tamamilə yerlə-yeksan edildiyini və
fələstinlilərin Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə
köçürülməsinin daha yaxşı olacağını müdafiə edib.
Trampın qalmaqallı Qəzza
planı