Əsas səhifə » İran mənə qarşı sui-qəsd etsə, məhv ediləcək - Tramp

İran mənə qarşı sui-qəsd etsə, məhv ediləcək - Tramp

Bakı, AzerVoice

ABŞ prezidenti Donald Tramp Xəzinədarlıq və Dövlət Departamentlərinə İrana qarşı ən yüksək səviyyədə iqtisadi təzyiq tətbiq etməyi tapşırıb.

AzerVoice xəbər verir ki, o, İranın nüvə fəaliyyətləri ilə bağlı narahatlığını ifadə edərək, "İranın nüvə silahı ola bilməz, lakin onlar hazırda buna çox yaxındırlar"- deyə bəyan edib.

Tramp administrasiyası İrana qarşı iqtisadi sanksiyaları sərtləşdirmək üçün yeni addımlar atır. Bu çərçivədə, Xəzinədarlıq və Dövlət Departamenti mövcud sanksiyaları gücləndirmək və yeni məhdudiyyətlər tətbiq etmək üçün iş aparacaq.

SHəmçinin, sanksiyaları pozan ölkə və şirkətlərə qarşı ciddi tədbirlər görüləcək.

Məqsəd isə, İranın neft ixracını sıfıra endirmək və iqtisadi təzyiqləri maksimuma çatdırmaqdır.

Tramp İran rəhbərliyi ilə yeni bir nüvə sazişi üçün danışıqlar apara biləcəyini bildirib. O, Tehran administrasiyasına açıq siqnal verərək, görüş ehtimalının mümkün olduğunu vurğulayıb.

Bununla belə, ABŞ prezidenti İrana qarşı hərbi ritorikanı da gücləndirib. O, bir sualı cavablandırarkən, "İran mənə qarşı sui-qəsd etsə, tamamilə məhv ediləcək"- deyə bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice