Əsas səhifə » Çin bu dəfə də Google-u hədəf alıb

Çin bu dəfə də Google-u hədəf alıb

Bakı,AzerVoice

Çin və ABŞ arasında artmaqda olan texnoloji və ticarət gərginliyi bu dəfə Google-u hədəfə alıb.

AzerVoice xəbər verir ki, Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi, antiinhisar qaydalarını pozduğu iddiası ilə Google-a qarşı rəsmi araşdırma başlatdığını elan edib.

Google-un konkret hansı hərəkətlərə görə araşdırıldığı açıqlanmasa da, Çin hökumətinin ABŞ texnologiya nəhənglərinə qarşı sərt mövqe tutduğu müşahidə olunur.

Çin hökuməti internet məzmununa ciddi nəzarət edir və Google-un əsas xidmətlərini bloklayıb.

Xatırladaq ki, Google 2010-cu ildə Çindəki biznes fəaliyyətlərini dayandırsa da, reklam satışlarından milyonlarla dollar gəlir əldə etməyə davam edir.
2018-ci ildə Google-un Çindən əldə etdiyi illik gəlirin 3 milyard dollara çatdığı bildirilir.

Çin keçən il ABŞ-ın çip istehsalçısı Nvidia-ya qarşı da antiinhisar araşdırması başlatmışdı.

Nvidia-nın İsrailin Mellanox Technologies şirkətini satın almasının Çin Antiinhisar Qanununu pozduğu iddiasıdır.

Bundan əlavə, 2023-cü ildə Çin ABŞ-ın Micron Technologies şirkətinə qarşı kibertəhlükəsizlik araşdırması apararaq şirkətə Çin infrastruktur layihələrində iştirak etməyi qadağan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice