Bakı,AzerVoice
Pekin administrasiyası Donald Trampın Çindən idxal edilən bütün məhsullara əlavə 10 faiz gömrük rüsumu tətbiq etmə qərarına cavab olaraq ABŞ-dan idxal edilən bəzi məhsullara əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Çin Maliyyə
Nazirliyi ABŞ-dan xam neft, kənd təsərrüfatı avadanlıqları, yüksək
tullantı buraxan avtomobillər və pikaplar da daxil olmaqla
məhsullara 10 faiz, kömür və təbii qaz idxalına isə 15 faiz əlavə
gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.
Nazirlik qeyd edib ki, əlavə vergilər fevralın 10-dan qüvvəyə
minəcək.
Ticarət Nazirliyi həmçinin volfram, tellur, vismut və molibden kimi kritik mineralların ABŞ-a ixracına nəzarət ediləcəyini açıqlayıb.
Həmçinin, Google-a qarşı inhisarçılıq ittihamı ilə araşdırma başladılması da Çinin ABŞ texnologiya nəhənglərinə qarşı hüquqi və tənzimləyici basqını artırmağa hazırlaşdığına işarə edir.
Qeyd edək ki, ABŞ prezidenti Tramp fevralın 1-də Çindən idxala 10 faiz, Meksika və Kanadadan idxala isə 25 faiz əlavə rüsum tətbiq edən sərəncam imzalayıb