Əsas səhifə » Atəşkəsin davam edəcəyinə əminliyim yoxdur- Tramp

Atəşkəsin davam edəcəyinə əminliyim yoxdur- Tramp

Bakı,AzerVoice

ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsin davam edəcəyinə dair heç bir zəmanətin olmadığını bildirib.

AzerVoice xəbər verir ki , Oval Ofisdə jurnalistlərin suallarını cavablandıran Tramp, atəşkəsin davamlı olub-olmayacağına dair konkret təminat verə bilməyəcəyini vurğulayıb.
"Bunun davam edəcəyinə dair bir əminliyim yoxdur. Bu razılaşmanın davam edəcəyinə dair heç bir zəmanətimiz yoxdur." - deyə bildirib.

Tramp həmçinin sabah Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcəyini və görüş zamanı bölgədəki vəziyyətin hərtərəfli müzakirə olunacağını bildirib.

İşğal altındakı İordan çayının qərb sahilinin İsrail tərəfinə birləşdirilməsi ilə bağlı suala isə Tramp konkret cavab verməkdən yayınıb. Bununla belə, İsrailin Yaxın Şərqdə “çox kiçik bir torpaq sahəsinə malik olduğunu” qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice