Əsas səhifə » ABŞ-da təyyarə qəzasının qara qutusu tapılıb

ABŞ-da təyyarə qəzasının qara qutusu tapılıb

Bakı, AzerVoice

Vaşinqton yaxınlığında Ronald Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi ilə toqquşmuş hərbi helikopterin qara qutusu tapılıb. Səlahiyyətlilər qara qutunu araşdıraraq qəzaya işıq sala biləcəklərinə inandıqlarını bildiriblər.

AzerVoice xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) rəsmisi Todd İnman, ABŞ-ın paytaxtı Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşaraq çaya düşməsi nəticəsində meydana gələn qəzaya qarışan hərbi helikopterin qara qutusunun tapıldığını açıqlayıb.

İnman, qara qutunun NTSB-nin qərargahına təhlükəsiz şəkildə gəldiyini və agentliyin məlumatlardan qəti nəticələr çıxara biləcəyinə inandığını söylədi.
Qeyd edək ki, ABŞ Federal Aviasiya İdarəsi verdiyi yazılı açıqlamada yanvarın 29-da Ronald Reyqan hava limanı yaxınlığında American Airlines təyyarəsi ilə Black Hawk hərbi helikopterinin toqquşduğunu açıqlayıb.

Paytaxt Vaşinqton yaxınlığında hava limanı yaxınlığında baş verən qəzada içərisində 60 sərnişin və 4 nəfərlik ekipajı olan sərnişin təyyarəsi və 3 hərbçini daşıyan hərbi vertolyot Potomak çayına düşüb və səlahiyyətlilər sağ qalanların olmadığını açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice