Əsas səhifə » Fransa Çadda hərbi mövcudluğunu tamamilə dayandırıb

Fransa Çadda hərbi mövcudluğunu tamamilə dayandırıb

Bakı, AzerVoice

Fransa son hərbi bazasını Çad ordusuna təhvil verib və ölkədəki hərbi mövcudluğunu tamamilə dayandırıb.

AzerVoice xəbər verir ki, bu haqda Çad Baş Qərargah Rəyasət Heyəti açıqlama verib.

Açıqlamada, Çadın paytaxtı Encemine şəhərindəki Adji Kossei bazasının fransız əsgərlərinin nəzarətindən alındığı bildirilib.

"Adji Kossei Bazasının ələ keçirilməsi Fransa qüvvələrinin Çaddakı mövcudluğunun tam sona çatmasını təmin etdi. Bu bazanın təhvili yüksək səviyyəli rəsmilərin iradəsi, xüsusilə də prezident Məhəmməd İdris Debi İtnonun tələblərinə uyğun olaraq həyata keçirilib.",- deyə açıqlamada qeyd olunub.

Məlumat üçün bildirək ki, Çad hökuməti keçən ilin 28 noyabr tarixində Fransa ilə müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Sonra isə Fransa təyyarələri və hərbi hissələri ölkəni tərk etməyə başlayıb.

Fransız əsgərlərinin yerləşdiyi Faya Hərbi Bazası ötən ilin 26 dekabr tarixində Çad ordusuna, 12 yanvarda isə Abeche Hərbi Bazasına təhvil verilib.

Digər Kateqoriyalar

2025 © Azervoice