Bakı, AzerVoice
Vaşinqton D.C. Yanğın və Fövqəladə Xidmətlər rəisi Con Donnelli sərnişin təyyarəsi ilə vertolyotun toqquşduğu qəza ilə bağlı açıqlama verib.
AzerVoice xəbər verir ki, açıqlamada təyyarədəki 27 nəfərin cəsədi və helikopterdən 1 nəfərin tapıldığı, sağ qalanın olmadığı bildirilib.
American Airlines-a məxsus sərnişin təyyarəsi və hərbi helikopter toqquşmadan sonra Potomak çayına düşüb.
Qəza ilə bağlı təhqiqat başladılıb və Amerika mətbuatında yer alan xəbərlərə görə, hələlik sağ qalan olmayıb.
Təyyarə ilə vertolyotun havada toqquşması anının görüntüləri sosial mediada əksini tapıb, hava limanında bütün uçuşlar dərhal dayandırılıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, təyyarənin göyərtəsində 64, helikopterdə isə 3 nəfər olub.