Əsas səhifə » Trampın tariflərinə Kanada sərt cavab verəcək - Castin Trudeau

Trampın tariflərinə Kanada sərt cavab verəcək - Castin Trudeau

Bakı,AzerVoice

Kanada Baş naziri Castin Trudeau, ABŞ prezidenti Donald Trampın Kanadaya qarşı 25%-lik tariflər tətbiq edəcəyi təqdirdə ölkəsinin sərt cavab verəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki , Trudeau Trampın Kanada məhsullarına tətbiq etməyi planlaşdırdığı tariflə bağlı X sosial media platformasında paylaşım edərək, belə bir addımın bütün Kanada əyalətlərinə təsir edəcəyini vurğulayıb.

O, məsələni əyalət rəhbərləri ilə müzakirə etdiyini və hökumətin bunun qarşısını almaq üçün ciddi səylər göstərdiyini bildirib.

"Biz hamımız lazım gələrsə, güclü cavab verməyə hazırıq," – deyə Trudeau bəyan edib.

Qeyd edək ki, Donald Tramp, vəzifəyə yenidən qayıtdığı ilk günlərdə Meksika və Kanada üçün 25%-lik tariflərin tətbiqini nəzərdən keçirdiyini və bu siyasətin fevralın 1-dən qüvvəyə minə biləcəyini bildirmişdi.

Trampın birinci prezidentlik dövründə Kanadaya tətbiq etdiyi yüksək tariflərə cavab olaraq, Ottava hökuməti 2018-ci ildə ABŞ-dan idxal olunan məhsullara milyardlarla dollar dəyərində yeni vergilər tətbiq etmişdi. İndi isə Kanada rəhbərliyi oxşar addımlara hazır olduğunu bildirir.

Digər Kateqoriyalar

2025 © Azervoice