Bakı,AzerVoice
HƏMAS və İsrail arasında davam edən əsir mübadiləsinin üçüncü
mərhələsi çərçivəsində Qəzzada əsir saxlanılan israilli qadın əsgər
Ağam Berger Beynəlxalq Qırmızı Xaç komandasına təhvil verilib.
AzerVoice xəbər verir ki, mübadilə
HƏMAS-ın şəhid lideri Yəhya Sinvarın evinin qarşısında həyata
keçirilib.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti arasında sənədlərin imzalanmasının ardından Berger hərbi geyimdə platformaya qalxaraq Qəzza sakinlərini salamlayıb. Daha sonra Qırmızı Xaç maşınına mindirilərək ərazidən uzaqlaşdırılıb. İsrail ordusu məhbusun qəbul edildiyini və ölkəyə gətirildiyini təsdiqləyib.
Qəzzanın Xan Yunis şəhərində digər əsirlərin azad edilməsi üçün hazırlıqlar davam edir. HƏMAS-ın dünən verdiyi açıqlamaya əsasən, bu mərhələdə üç israilli məhbusla yanaşı, beş Tayland vətəndaşının da sərbəst buraxılması gözlənilir.