Əsas səhifə » Quranı Yandıran Salvan Momika İsveçdə Güllələnib

Quranı Yandıran Salvan Momika İsveçdə Güllələnib

Bakı, AzerVoice

İsveçdə Quranı yandırmaq üçün təxribatlar törədən Salvan Momikanın güllələndiyi bildirilir.

AzerVoice xəbər verir ki, 38 yaşlı Momika ötən gecə Södertälje şəhərində TikTok-da canlı yayım edərkən mənzildə güllələnib.

Məlumatı alan polis hadisə yerinə gedib və Momikanın cansız cəsədini aşkarlayıb. Polis şübhəlinin tutulması üçün əməliyyata başlayıb.

Qeyd edək ki, İsveçdə Quranın yandırılması ilə bağlı təxribatları həyata keçirən iraqlı Salvan Momika və Salvan Najemin nifrət cinayəti törətmək ittihamı ilə məhkəməsi yanvarın 16-da başlayıb.

Stokholm Bölgə Məhkəməsindən verilən açıqlamada, iki müttəhim Salvan Momika və Salvan Najemin dörd ayrı hadisədə Quranı yandıraraq "etnik və ya milli qrupa qarşı nifrət cinayəti törətmək" ittihamı ilə mühakimə olunduğu açıqlanıb.

Məhkəmənin qərarını cümə günü, yanvarın 31-i saat 11:00-da elan edəcəyi gözlənilirdi.

Momika və Nəcimin Quranı yandırmaq üçün təxribatları

Salvan Momika və Salvan Najem 28 iyun 2023-cü ildə paytaxt Stokholmda Qurban bayramının ilk gününə təsadüf edən Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıblar.

Momika və Najem daha sonra polisin mühafizəsi altında Stokholmdakı İraq səfirliyi və İsveç parlamenti qarşısında Qurani-Kərimi yandırıb və İraq bayrağını bir neçə dəfə tapdalayıblar.

Momika 24 avqust 2023-cü ildə Stokholm məscidinin qarşısında Quranı yenidən yandırdı.

Momikanın 2023-cü il sentyabrın 3-də Malmödə polisin himayəsi altında Quranı yandırmasından sonra etirazlar keçirilib və ona mane olmağa çalışan 15 nəfər saxlanılıb.

Momika sonuncu dəfə 21 oktyabr 2023-cü ildə Stokholmun mərkəzində İsrailə dəstək aksiyası keçirərək Qurani-Kərimi və Fələstin bayrağını yandırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice