BAKI,AzerVoice
İranın ahəl yaşında olan ali lideri Ayətullah Əli Xamenei, İran rəsmilərinə ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün dolayısı ilə razılıq verib. AzerVoice xəbər verir ki, buna baxmayaraq İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin hələ danışıqlar aparmaq qərarına gəlmədiyini bildirib.
Xamenei Tehranda görüşdüyü İran rəsmilərini danışıqlar zamanı
“düşmənlərini tanımağa və razılaşmaları buna uyğun
bağlamağa” çağırıb. İranın “Tasnim” agentliyinin verdiyi
xəbərə görə, Xamenei belə deyib:
“Bir insan rəqibini tanıdığı zaman razılaşma əldə edə
bilər. Biz də tanımalı və başa düşməliyik.”-deyə Xamenei
bildirib.
Digər tərəfdən, İran İnqilab Keşikçiləri Korpusuna bağlı olan “Tasnim” agentliyi Əraqçinin sözlərini belə nəql edib: “İran hələ danışıqların zəruriliyinə qərar verməyib. Əgər belə bir qərar verilərsə, danışıqlar bərabər şərtlər əsasında aparılacaq. Amma hazırda belə bir nəticəyə gəlinməyib.”