Əsas səhifə » ABŞ-da təyyarə və helikopter toqquşub

ABŞ-da təyyarə və helikopter toqquşub

Bakı, AzerVoice

ABŞ- da təyyarə və hərbi helikopter toqquşub.

AzerVoice xəbər verir ki, Vaşinqton yaxınlığındakı Ronald Reyqan hava limanı yaxınlığında ticarət təyyarəsi və hərbi helikopter havada toqquşub. Çaya düşən təyyarədə 60 sərnişin və 4 ekipaj üzvünün olduğu bildirilib.

American Airlines şirkətinə məxsus kommersiya təyyarəsi və hərbi helikopter toqquşmadan sonra Potomak çayına düşüb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Təyyarə və vertolyotun havada toqquşması anının bəzi görüntüləri sosial mediada əksini taparkən, hava limanında bütün uçuşlar dərhal dayandırılıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Potomak çayına düşən təyyarədə neçə sərnişinin olduğu və onların vəziyyəti barədə hələlik məlumat yoxdur.

Ronald Reyqan hava limanına və Potomak çayı ərazisinə çoxlu sayda polis, tibb işçiləri və digər xilasedicilərin göndərildiyi anlar ekranlarda əks olunub.

Bildirilib ki, çox soyuq hava və çay səbəbindən ekipajlar sağ qalanları çaydan çıxarmaq üçün zamanla yarışıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice