Əsas səhifə » Tramp federal işçilərə 7 aylıq təzminat verəcək

Tramp federal işçilərə 7 aylıq təzminat verəcək

Bakı, AzerVoice

ABŞ prezidenti Donald Tramp hökuməti, fevralın 6-dək könüllü şəkildə işdən ayrılacaq bütün federal işçilərə yeddi aylıq əmək haqqı məbləğində təzminat təklif edib.

AzerVoice xəbər verir ki, ABŞ-ın Personal İdarəetmə İdarəsi mövzu ilə bağlı federal işçilərə e-poçt vasitəsilə memorandum göndərib.

Memorandumda fevralın 6-dək könüllü istefa verən federal işçilərə 7 aylıq əmək haqqı məbləğində təzminat veriləcəyi bildirilib və uzaqdan işləyən federal işçilərin böyük əksəriyyətinin ofisə qayıtmalı olduğu vurğulanıb.

Federal işçilərə “təxirə salınmış istefa məktubu” imzalamaq seçimi təklif edilib.

Qeyd edək ki, Tramp administrasiyası vəzifəyə gəldikdən sonra federal hökumət işçilərinin tam iş saatı ofisə qayıtmasını tələb edən sərəncam imzalamışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice