Əsas səhifə » Afrikada BMT Dünya Turizm Təşkilatının ilk ofisi açılacaq

Afrikada BMT Dünya Turizm Təşkilatının ilk ofisi açılacaq

Bakı, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (UNWTO) Afrikadakı ilk rəsmi ofisini Mərakeşin paytaxtı Rabatda açacaq.

AzerVoice xəbər verir ki, Mərakeşin turizm naziri Fatma Zehra Ammur və UNWTO-nun baş katibi Zurab Pololikaşvili bu məqsədlə rəsmi müqavilə imzalayıblar.

Ofisin əsas məqsədləri, Afrika ölkələri ilə turizm sahəsində əməkdaşlığı artırmaq, innovasiya və turizm investisiyalarını dəstəkləmək, Mərakeşin turizm sektorunun inkişafına töhfə vermək və Afrika turizm sənayesini gücləndirəcək layihələr hazırlamaq və həyata keçirməkdir.

Mərakeş hökuməti və UNWTO bu addımı strateji tərəfdaşlıq üçün dönüş nöqtəsi kimi qiymətləndirir. Yeni ofis, Afrika qitəsində turizmin canlandırılmasına və dayanıqlı inkişafına mühüm töhfə verməyi hədəfləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice