Əsas səhifə » İndoneziyada vulkan püskürüb

İndoneziyada vulkan püskürüb

Bakı, AzerVoice

İndoneziyanın Yava adasının şərqində yerləşən 3676 metr yüksəklikdəki Semeru vulkanı püskürüb.

AzerVoice xəbər verir ki, bu haqda İndoneziyanın yerli mətbuatı məlumat verib.

Belə ki, Malanq və Lumacanq bölgələrinin sərhəddində yerləşən bu vulkan yerli vaxtla saat 06.21-də püskürüb.

Semeru Vulkan Müşahidə Stansiyasının rəsmisi, bölgə sakinlərini vulkandan uzaq təhlükəsiz əraziyə getməyə çağırıb və partlayış nəticəsində ətrafa daşların sıçraya biləcəyini bildirib.

Qeyd edək ki, 2021-ci ildən aktiv olan Semeru vulkanında həyəcan səviyyəsi ikinci mərhələdədir.

Digər Kateqoriyalar

2025 © Azervoice