Əsas səhifə » Mask demokratik ölkələr üçün təhlükədir - Fransa baş naziri

Mask demokratik ölkələr üçün təhlükədir - Fransa baş naziri

Bakı, AzerVoice

İlon Mask demokratik ölkələr üçün təhlükə yaradır.

AzerVoice xəbər verir ki, bu sözləri Fransa baç naziri Fransua Bayru deyib.

“İlon Mask demokratiyalar üçün təhlükə yaradır. Pulun vicdanları idarə etmək hüququ olmamalıdır."- deyə Bayrou bildirib.

Qeyd edək ki, Teslanın baş direktoru və dünyanın ən varlı adamı olan Mask xarici siyasət məsələlərinə müdaxilə etmək arzusunda olduğunu bildirib. O, fevral ayında keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində Almaniyanın immiqrasiya əleyhinə partiyasını dəstəkləyib və İngiltərə siyasi səhnəsində dəfələrlə baş nazir Keir Starmeri istefaya çağıran şərhlər verib.

Digər Kateqoriyalar

2025 © Azervoice