53
Bakı,
AzerVoice
İranın qərbində yerləşən Kirmanşah əyalətinə bağlı Qəsri Şirin
şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, Tehran
Universiteti Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələnin
episentri Kirmanşah əyalətinin Qəsri Şirin şəhəri olub.
Yerli vaxtla 04:32-də qeydə alınan zəlzələ yerin 8 kilometr
dərinliyində baş verib.
Kirmanşah əyalətinin valiliyindən verilən açıqlamada, zəlzələ nəticəsində insan tələfatının və ya maddi ziyanın baş vermədiyi bildirilib.