51
BAKI,AzerVoice
İsrailin Baş Naziri Benyamin Netanyahunun ABŞ-ın yeni prezidenti
Donald Tramp ilə Vaşinqtonda görüşü gözlənilir. AzerVioce xəbər
verir ki,bu haqda Netanyahunun mətbuat katibi açıqlama verib.
Görüşün iki həftə ərzində baş tutma ehtimalı var. Lakin bu hələ də
hazırlıq mərhələsindədir və görüşün vaxtı və detalları ilə bağlı
razılıq əldə olunmayıb.
Ehtimal olunan görüş, İsrail ilə Fələstin hərəkatı "HƏMAS" arasında
Qəzza Zolağında atəşkəs və əsir-məhbus mübadiləsinə dair
razılaşmanın ardından baş tutacaq. Həm Donald Tramp, həm də ABŞ-ın
keçmiş prezidenti Co Bayden bu razılaşmanın əldə olunmasında mühüm
rol oynadıqlarını bəyan etmişdilər.