Bakı, AzerVoice
Sürətli Dəstək Qüvvələri, Sudanın Şimali Darfur əyalətinin mərkəzi olan Faşir şəhərindəki xəstəxanaya pilotsuz təyyarə ilə hücum edilib.
AzerVoice xəbər verir ki, bu barədə Darfur bölgəsinin prezidenti Mini Arko Minavi Facebook hesabında etdiyi paylaşımda məlumat verib.
Məlumata əsasən təcili yardım otağında olan bütün xəstələrin, o cümlədən qadınlar, uşaqlar və 70-dən çox xəstənin öldüyü bildirilib.
Digər tərəfdən, Faşir Müqavimət Komitələri tərəfindən verilən açıqlamada hücumda yaralananlar və yoldaşları da daxil olmaqla 67 nəfərin öldüyü bildirilib.
Məlumat üçün bildirək ki, 15 aprel 2023-cü ildən Sudanda ordu və bir vaxtlar ona bağlı olan Sürətli Dəstək Qüvvələri arasında hərbi islahatlar və inteqrasiya kimi məsələlərdə fikir ayrılıqları yaranıb.
Bu müharibəni sona çatdırmaq üçün başlayan bütün həll cəhdləri uğursuz oldu.
BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük və aclıq böhranının yaşandığı Sudanda qarşıdurmalar nəticəsində 20 mindən çox insan həyatını itirib.