Bakı,
AzerVoice
Danimarkada Qurana hörmətsizlik etdikləri üçün iki şəxs barəsində
ilk dəfə olaraq məhkəmə prosesi başlanıb.
AzerVoice xəbər verir ki, bu hadisə
Kopenhagen Respublika Prokurorluğu tərəfindən rəsmi olaraq
açıqlanıb.
Kopenhagen Respublika Prokurorluğunun verdiyi yazılı bəyanata görə, Qurana hörmətsizlik etdikləri təsdiqlənən iki şəxs barəsində Danimarka Cəza Qanunu çərçivəsində ilk dəfə iş faylı tərtib edilib.
Açıqlamada, 2024-cü il iyunun 15-də Bornholm adasında keçirilən mitinqdə iki şəxsin Qurana açıq şəkildə hörmətsizlik etdiyinin qeyd edildiyi bildirilib. Proses materialları artıq Bornholm məhkəməsinə göndərilib, lakin məhkəmənin qrafiki hələ müyən edilməyib.
Prokurorluq həmin şübhəlilər üçün cərimə tələb edib.
Qeyd edək ki, 2023-cü il dekabrın 7-də Danimarkada Quran və digər müqəddəs kitabların yandırılmasını qadağan edən qanun layihəsi qəbul edilib. Həmin qanuna görə, qaydanı pozanlara cərimə və ya iki ilə qədər həbs cəzası verilə bilər.