Bakı,
AzerVoice
İrlandiya və Şimali İrlandiyada "Eowyn" qasırğasının təsirləri
fəlakətə səbəb olub.
AzerVoice xəbər verir ki , saatda 182
km-ə çatan küləklər nəticəsində 80 illik rekordu qıran bu güclü
fırtına nəqliyyat və enerji infrastrukturunda ciddi problemlər
yaradıb.
Dublin Hava Limanında planlaşdırılan 110 uçuş və 110 eniş ləğv
edilib. Yaxın günlərdə əlavə ləğvlər və gecikmələr gözlənilir.
560 min ev və müəssisə elektriksiz qalıb. ESB Networks bəzi
bölgələrdə elektrik enerjisinin bərpasının 9 günə qədər çəkə
biləcəyini bildirib.
Hazırda İrlandiyada bütün məktəblər bağlanıb, ictimai nəqliyyat isə
dayandırılıb. Edinburq və Qlazqo arasında uçuşlar da ləğv
edilib.
İrlandiya meteoroloji agentliyi bunun son illərdə baş verən ən təhlükəli qasırğalardan biri olduğunu bəyan edib. Fırtına zamanı külək sürəti gecə boyu saatda 182 km-ə çatıb və ölkə tarixindəki ən güclü külək rekordu yenilənib.
Rəsmilər sakinləri zərurət olmadıqca çölə çıxmamağa çağırıb və fırtınanın yaratdığı təhlükələrə qarşı diqqətli olmalarını tövsiyə edib.