Əsas səhifə » Banqkokda havanın çirklənməsi səbəbindən məktəblərin fəaliyyəti dayandırılıb

Banqkokda havanın çirklənməsi səbəbindən məktəblərin fəaliyyəti dayandırılıb

Bakı, AzerVoice

Taylandın paytaxtı Banqkokda havanın çirklənməsi səbəbindən 352 məktəbdə üzbəüz tədrisin dayandırıldığı bildirilib.

AzerVoice xəbər verir ki, paytaxtda PM 2,5 (diametri 2,5 mikrometrdən az olan incə hissəciklər) hər kubmetr üçün 108 mikroqrama çatıb.

Səlahiyyətlilər tələbələri havanın çirklənməsinin təsirindən qorumaq üçün Banqkokdakı 352 məktəbdə onlayn təhsili davam etdirmək qərarına gəliblər.

Vətəndaşlara havanın çirklənməsi səbəbindən mümkün qədər evdə qalmağa çağırılıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının şəhər havasının keyfiyyətinə dair təlimatında PM 2.5 səviyyəsinin hər kubmetr üçün 10 mikroqramdan aşağı olması qeyd olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice